“Pirallahı adası-quru” yatağında ilk horizontal quyu qazılır

“Pirallahı adası-quru” yatağında ilk horizontal quyu qazılır

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Kompleks qazma işləri tresti "Pirallahı adası-quru" yatağında 1211 nömrəli quyuda qazma işlərinə başlayıb. ARDNŞ-in mətbuat xidmətindən bildiriblər ki, "Abşeronneft" neft və qazçıxarma idarəsinin sifarişi ilə qirməki altı lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 1088 metrdir. Bu, bütün müasir texnika və texnologiyalardan istifadə edilməklə trest tərəfindən qazılan ilk horizontal quyudur. Geoloqların hesablamalarına görə, quyudan sutkada 10 ton neft hasil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə