ABŞ-ın Nyu-York şəhərində 60-cı Yay Beynəlxalq Qida və İçkilər Sərgisi keçirilib. SİA-nın Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən verdiyi xəbərə görə, ənənəvi olaraq, Nyu-Yorkun Yakov Cavitz Mərkəzində hər ilin yay aylarında təşkil edilən sərgidə 1 300 yerli şirkət ilə yanaşı, 48 ölkədən 900-dən çox xarici şirkət iştirak edib.
Sərgidə Azpromo-nun dəstəyi ilə Azərbaycanın qida və meyvə şirələri istehsalçıları olan şirkətlərin məhsulları da nümayiş olunub. Üç gün davam edən sərgi çərçivəsində Azpromo-nun ABŞ-dakı nümayəndəsi tərəfindən Azərbaycan məhsullarının distributorları üçün ABŞ-ın Kaliforniya, Vaşinqton, Miçiqan, İllinoys, Nyu-York, Pensilvaniya və Virciniya ştatlarında fəaliyyət göstərən qida brokerləri, pərakəndə satış məntəqələrinə xidmət göstərən məhsul alıcıları və market sahibləri ilə görüşlər təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB