Dəniz limanlarının fəaliyyətini tənzimləyəcək yeni qanun qəbul edilib
Parlamentin bugünkü iclasında "Dəniz limanları haqqında" yeni qanun layihəsi (I oxunuşda) müzakirə olunub. SİA-nın xəbərinə görə, yeni qanun layihəsi barədə məlumat verən İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, son zamanlar Bakıda və ölkənin digər bölgələrində yeni limanlar tikilir.
Onun sözlərinə görə, yeni qanun layihəsinin qəbulu Azərbaycanın Xəzər dənizində digər ölkələrlə liman əlaqələrinin genişlənməsinə və inkişafına olduqca böyük töhfə verəcək: "Qanun ölkənin dəniz limanlarında ticarət gəmiçiliyində yaranan münasibətləri tənzimləyəcək. Qanun limanların inşası, açılması, bağlanılması, onlarda fəaliyyətin həyata keçirilməsi, habelə dəniz limanlarında fəaliyyətin dövlət tərəfindən tənzimlənməsinin əsaslarını müəyyən edir".
O həmçinin qeyd edib ki, yeni qanun ölkənin konstitusiyasına, beynəlxalq hüququn prinsip və normalarına, Azərbaycanın tərəf çıxdığı beynəlxalq müqavilələrə, Azərbaycan Ticarət Gəmiçiliyi Məcəlləsinə və ölkənin digər qanunlarına və normativ-hüquqi aktlarına zidd olmamalıdır: "Bu qanun xüsusi ərazidə və akvatoriyada yerləşən və ticarət gəmiçiliyi məqsədi ilə istifadə olunan gəmilərə və sərnişinlərə xidmət göstərilməsi, yüklərlə əməliyyatların aparılması və dəniz limanlarında həyata keçirilən digər xidmətlərin göstərilməsi üçün nəzərdə tutulub".
Məlumat üçün bildirək ki, qanun layihəsi limanın bağlanılmasına, limanda fəaliyyətin dövlət tənzimlənməsinə, limanın sərhədləri, inşası və genişləndirilməsi, yükün aşırılması müqavilələri, liman kapitanının statusu, liman üzrə məcburi qaydaları, yüklərin qəbul edilməsi və təhvil verilməsi xüsusiyyətləri, yüklərin limandan çıxarılmasını təmin edilməsi, yüklərin saxlanılması hüququnu ehtiva edir. Qanun həmçinin limanın infrastruktur obyektlərinin sahiblərinə dair əsas tələbləri, limanda xidmətlərin göstərilməsi qaydaları, maliyyələşdirmə məsələlərini əks etdirir.
Qeyd edək ki, müzakirələrin sonda qanun layihəsi I oxunuşda qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB