2014-cü ilin I yarısında daşınan elektronikaya tələbat arta bilər
Fərdi kompüter istehsalçıları tədricən populyarlaşmağa başlayan daşınan kompüter qurğuları ilə fəal maraqlanırlar. SİA-nın məlumatına görə, əksər şirkətlərdə bu sahədə tədqiqatla və 2014-cü ilin birinci yarısında tələbatın artacağı gözlənilən məhsulların hazırlanması ilə məşğul olan ixtisaslaşmış qruplar yaradılıb. Daşınan elektronikanın hazırlanması ilə artıq "Google", "Apple", "Samsung", "LG", "Microsoft", "Sony", "Epson" və digər şirkətlər məşğuldur. Belə qurğuların hazırlanmasında brend istehsalçılara tədarükçü tərəfdaşlar kömək edir.
"Juniper Research" analitik şirkətinin ekspertlərinin proqnozuna görə, 2013-2017-ci illərdə daşınan elektronikanın dünya üzrə satış həcmi 15 milyondan 70 milyon ədədədək artacaq. "Credit Suisse Securities" şirkətinin analitikləri növbəti 3-5 ildə bu bazarın pula nisbətdə həcminin 10 dəfə - indiki 3-5 milyard dollardan 30-50 milyard dollaradək artacağını gözləyirlər.
Tayvanın "Acer", "Asustek" və "HTC" kimi istehsalçıları da daşınan elektronika bazarına çıxmaq niyyətində olduqlarını bildiriblər. Buna misal kimi "HTC" şirkətinin bu cür qurğular istehsal edərək onların dünya bazarında irəliləməsi ilə məşğul olacaq xüsusi "Emerging Device" bölməsini yaratmasını göstərmək olar.
Qeyd edək ki, daşınan elektronika geniş qurğu spektrini, o cümlədən "Google Glass" kimi kompüterləşdirilmiş eynəkləri, "smart" saatları və digər aksesuarları əhatə edir. Bu qurğuların əksəriyyəti insan sağlamlığı parametrlərini izləyə bilir və "bulud" texnologiyalarını dəstəkləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB