Qordon Birrell: “TAP vasitəsilə Azərbaycandan Avropaya 10 milyard kubmetr qaz çatdırılacaq”
" "Şahdəniz" konsorsiumu son iki il ərzində Avropaya qazın nəqli üçün boru kəmərinin bir neçə seçim variantını nəzərdən keçirib və düzgün seçimini edərək TAP (Trans Adriatic Pipeline) üzərində dayanıb". SİA-nın məlumatına görə, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell bildirib.
Qordon Birrell bəyan edib ki, TAP strateji önəm daşıyır və bu layihənin icrası nəticəsində Azərbaycan kəmər vasitəsilə Avropanın yeni qaz təchizatçısına çevriləcək: "Seçim aparılarkən kəmərin maliyyə və kommersiya, təhlükəsizlik, şəffaflıq, səmərəli fəaliyyət və dizayn kimi aspektləri nəzərdən keçirilib. TAP vasitəsilə ilkin olaraq ildə 10 milyard kubmetr qaz Azərbaycandan Avropaya çatdırılacaq. Layihə əlavə qaz infrastrukturunun yaradılmasına da səbəb olacaq. Bundan başqa Azərbaycandakı "Şəfəq-Asiman" qaz yataqları gələcəkdə ölkəmizdən Avropaya qaz nəqlini artıracaq. İkinci mərhələyə 40 milyard dollar həcmində vəsait yatırılacaq, bu da ildə 16 milyard kubmetr qazın nəqlinə gətirib çıxaracaq".
Qordon Birrell həmçinin əlavə edib ki, cari ilin sonunadək TAP layihəsinə sərmayə qoyuluşu ilə bağlı qərar qəbul olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB