“Aura” sağlamlıq mərkəzində stolüstü tennis oyunu keçirilib FOTO
"Excelsior Hotel Baku"-nun "Aura" sağlamlıq mərkəzində jurnalistlər üçün tennis yarışı keçirilib. "Ata Holdinq"dən SİA-ya verilən məlumata görə, KİV nümayəndələri üçün təşkil olunmuş yarış "Aura" sağlamlıq mərkəzinin bu idman növü üzrə məşqçisi Tahir Namazovun rəhbərliyi ilə keçirilib.15 jurnalistin iştirak etdiyi yarışda, qalib gələn oyunçulara sertifikat təqdim olunub. "Aura" sağlamlıq mərkəzinin stolüstü tennis üzrə məşqçisi stolüstü tennisin ən yaxşı idman növlərindən biri olduğunu bildirib: "Stolüstü tennis oyunu orqanizmin müxtəlif sistemlərinə müsbət təsirini göstərir. Oyun zamanı oyunçunun hərəkətlərinin koordinasiyası, ürək-damar sisteminə yüngül təsir baş verir, tənəffüs orqanları, çeviklik və cavab reaksiyasının surəti, görmə qabiliyyəti, analitik bacarıqları, diqqəti cəmləşdirmək kimi cəhətləri inkişaf edir. Stolüstü tennis insanın müxtəlif orqanizm sistemlərinə müsbət təsir göstərməklə, həm də müsbət emosiyalar verir. Buna görə də, stolüstü tennis - hamı üçün oyundur".
Əlavə edək ki, stolüstü tennis sevənlər boş vaxtlarında "Excelsior Hotel Baku"-nun "Aura" sağlamlıq mərkəzinə baş çəkə bilərlər. Ətraflı məlumat üçün "Excelsior Hotel Baku"nun 496-78-02 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiz.
Qeyd edək ki, "Excelsior Hotel Baku" 2005-ci ilin avqustundan fəaliyyət göstərir. Mehmanxana 1 "İmperial "- lyuks, "Royal"- lyuks, 4 "Crown"-lyuks , 45 "Heritage" – standart, 9 "Duke" – kiçik otaqlar, konfrans zalı, biznes mərkəzi, restoranlar, "Aura" sağlamlıq mərkəzi və s.-dən ibarətdir.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB