““Şahdəniz” qazının 5 faizi Gürcüstana çatacaq”

Bu açıqlamanı jurnalistlərə Gürcüstanın energetika naziri verib
““Şahdəniz” qazının 5 faizi Gürcüstana çatacaq”

"Bakı-Tiflis-Ərzurum qaz kəmərinin genişləndirilməsi qaz tranzitinin miqdarını 16 milyard kubmetrə çatdırmağa imkan verəcək. Bu isə Gürcüstana əlavə gəlir gətirəcək". Bu açıqlamanı jurnalistlərə Gürcüstanın energetika naziri Kaxa Kaladze verib.

O bildirib ki, investorlar qaz kəməri ilə daşımaların həcminin artırılması imkanlarını nəzərdən keçirirlər: ""Şahdəniz" yatağından hasil olunan və Gürcüstan ərazisindən daşınacaq mavi yanacağın 5 faizi bizə çatacaq ki, bu da daxili bazarda qazın satış qiymətini azaltmağa imkan verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə