"Nabucco"nun son təklifləri!

Yaxın günlərdə "Nabucco" layihəsi "Şahdəniz" layihəsi üzrə tərəfdaş olan şirkətlərin bu layihədə pay alması ilə bağlı son təkliflərini Azərbaycan tərəfinə təqdim edəcək. SİA-nın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayevin sözlərinə görə, həmin layihədə nə qədər pay alınacağı dəqiqləşdirilməyib. Bununla yanaşı R.Abdullayev bildirib ki, "Şahdəniz" tərəfdaşlarının "Nabucco"nun alternativi olan TAP layihəsindəki payı 50%-dən çox olacaq.

R.Abdullayev onu da qeyd edib ki, 2012-ci ildə neft hasilatının azalması BP şirkətinin "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda həyata keçirdiyi təhlükəsizlik tədbirləri və bununla əlaqədar olaraq yeni quyuların qazılmasının dayandırılması ilə bağlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə