Yanvar-iyun aylarında Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi 9,3% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 138 ölkə ilə 17,4 mlrd. ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparıb ki, ticarət dövriyyəsinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 9,3% artıb.
SİA-nın Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, əmtəə mübadiləsinin 83%-i və ya 14,5 mlrd. dolları uzaq xarici dövlətlərlə aparılaraq 6,1% artıb. MDB üzvü ölkələri ilə ticarət əlaqələrinin həcmi isə 2,9 mlrd. dollar təşkil edib və 32,7% artıb.
Hesabat dövründə xarici ölkələrə göndərilmiş malların məbləği 3,3% azalıb və 13,1 mlrd. dollara bərabər olub. İxrac olunmuş malların 86,8%-i və ya 11,4 mlrd. dolları uzaq xarici ölkələrə, 13,2%-i isə MDB üzvü dövlətlərinə göndərilib. Uzaq xarici ölkələrə ixrac edilmiş əmtəələrin məbləği 7,7% azalıb, MDB üzvü dövlətlərinə göndərilmiş malların dəyəri isə 36,1% artıb.
"Ötən ilin müvafiq dövrü ilə müqayisədə idxal olunmuş məhsulların dəyəri 47,1% artaraq 4,3 mlrd. dollar təşkil edib. İdxal olunmuş malların 71,5%-i, yaxud 3,1 mlrd. dollarlığı uzaq xarici ölkələrdən, 28,5%-i və ya 1,2 mlrd. dollarlığı MDB üzvü dövlətlərindən gətirilib", - Komitədən bildirilib.
Cari ilin ilk altı ayı ərzində Azərbaycanın ticarət dövriyyəsində 8,8 mlrd. dollarlıq, o cümlədən uzaq xarici dövlətlərlə 8,3 mlrd. dollarlıq, MDB üzvü ölkələri ilə isə 487,4 mln. dollarlıq müsbət saldo yaranıb. Ötən ilin analoji dövrünə nisbətən müsəbət saldonun həcmi 20,5% artıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB