Neftin qiyməti nisbətən azalıb.
İyulun 5-də Londonun ICE
Futures əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində
Brent markalı neftin avqust fyuçerslərinə olan dəyəri 0,38 dollar azalaraq 119,39
dollar təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında
WTI markalı neftin avqust fyuçerslərinə olan qiyməti də azalıb. Urals markalı
neftin qiymətində də geriləmə müşahidə olunub. Belə ki, Urals markalı neftin
bir bareli 107,34 dollara satılıb. Xatırladaq ki, neftin bir barelinin qiyməti
yanvar-may ayı arasında 107 dollar səviyyəsində qalıb, halbuki, bu rəqəm keçən
ilki göstəricidən qat-qat artıqdır. Belə ki, keçən ilin yanvar-may ayı
arasında neft qiyməti 78,21 dollar olmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB