Kuveyt Petrol Kurumu, xam neft istehsalında yenidən məhdudiyyətlər tətbiq olunduğunu açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki,
Hürmüz Boğazında “sərbəst seyrin hədəfə alınması” səbəbilə xam neft istehsalının azaldılmasının məcburi olduğunu bildirib. Açıqlamada, bölgədəki hadisələrin “qlobal enerji bazarlarının sabitliyini təhdid edən təhlükəli gərginlik” yaratdığı qeyd olunub və “müharibənin sona çatması halında istehsalın yenidən sürətləndiriləcəyi” vurğulanıb.
Tam istehsala qayıdışın “3–4 ay çəkə biləcəyi” qeyd edilsə də, istehsalda nə qədər azalma olduğuna dair məlumat paylaşılmayıb.
Müəllif: Günay Hacıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB