"Qlobal istiləşmənin əsas səbəbi insan fəaliyyətidir" - MÜNASİBƏT BİLDİRİLDİ
"Qlobal istiləşmənin əsas problemlərdən olan ilk növbədə Ada dövlətlərinin yox olması, quraqlıq, aclıq və su qıtlığı kimi problemləri göstərmək olar. Bu hələ baş verə biləcək dəhşətli problemlərdən yalnız bir neçəsidir. Qlobal istiləşmə onsuz da sudan əziyyət çəkən regionlarda su qıtlığını daha da ağırlaşdıracaq. Bu da öz növbəsində kənd təsərrüfatının məhsuldarlığına təsir edəcək ki, bu da qida catışmamazlığı kimi ağır bir problemin yaranmasına səbəb olacaq. Səhralaşma, quraqlıqlar kimi ekosistemlərin həssaslığını artıran ekoloji risklər artacaq. Qlobal istiləşmə nədir? Bu Yer kürəsində orta temperaturun artmasıdır, bunun əsas səbəbi insan fəaliyyətidir. Qlobal istiləşmə 19-cu əsrin sonlarından müşahidə edilir və sürəti durmadan artır. Bir çox insanlar hələ də qlobal istiləşmənin real olduğuna inanmır və iqlim dəyişikliyini təbii səbəblərlə izah edir. Bununla belə, qlobal istiləşmənin antropogen faktorlar - yəni insan fəaliyyəti ilə bağlı olduğuna dair çoxlu sübutlar da vardır". Bu sözləri SİA-ya "Eko-Aləm" İctimai Birliyinin sədir Sevil Yüzbaşeva deyib.
Onun sözlərinə görə, hələ də bizim üçün gec deyil: "Biz ölçü götürməliyik. Geciksək Yer üzündə temperaturun yüksəlməsini ləngitməsək, geri dönməz nəticələrin qarşısını almaq mümkün olmayacaq. Bu məsələ mütəxəssislər, alimlər tərəfindən ilk dəfə 1950-ci illərin əvvəllərində müzakirə edilmişdir. Məhz o zaman “qlobal istiləşmə” anlayışı da ortaya çıxdı. Ümumiyyətlə Yer kürəsinin iqlimi planetin mövcudluğu boyu həqiqətən də hər zaman eyni olmayıb. Ancaq indi müşahidələr göstərir ki, Yer kürəsində temperatur çox sürətlə yüksəlir. Alimlər istixana qazlarının emissiyalarının qlobal istiləşmənin əsas səbəbi olduğu qənaətindədirlər. Bəşəriyyətin qalıq yanacaqları yandırması nəticəsində ( kömür, neft və qaz) atmosferə karbon qazı (CO₂), metan (CH₄), azot oksidi (N₂O) və s. qazlar buraxılır. Sənaye emissiyaları, mədənçilik, kömürlə işləyən elektrik stansiyaları, avtomobil tullantıları, geniş kənd təsərrüfatı, meşə yanğınları və meşələrin qırılması da istixana effektini artırır. Qazların qızması nəticəsində atmosferdə baş verən istilik enerjisi hesabına planetin səthində temperaturun artmasına belə ad yəni “qlobal istiləşmə” adı verilir".
Sevil Yüzbaşeva qeyd edib ki, Okean suyunun səviyyəsinin qalxması da əsas fəsad yaradan amillərdəndir: "Bu da daimi buzlaqların əriməsi nəticəsində baş verir. Dənizlərin və okeanların qızması su faunası və florasına ciddi təsir edəcəkdir. Buzlaqların əriməsi nəticəsində Dünya okeanının səviyyəsi artıq 20 sm qalxıb. İqlimşünasları daha çox buzlaqların və buz təbəqələrinin sürətlə əriməsi narahat edir. Bundan başqa vəhşi heyvanların yaşayış yeri, həyat tərzi də dəyişir ki, bu da növlərin itməısinə səbəb olur. Ekstremal hava hadisələri dünyanın hər yerində baş verməkdədir.Hazırda bəzi regionlarda leysan yağışları və daşqınlar baş verir. Ümumiyyətlə oxşar hallar dünyanın hər yerində müşahidə olunur. Ekstremal fəlakətlər hər il həm də dünyada qlobal iqtisadiyyata ziyan vurur.
Qlobal istiləşmə qida və su təhlükəsizliyinə də təsir göstərir. BMT-nin məlumatına görə, təxminən 500 milyon insan indi torpaq eroziyasına meyilli ərazilərdə yaşayırlar. Hazırda dünyada İstehsal olunan qidanın ən azı 30%-i itirilir və ya tullanır. İçməli Su ehtiyatlarının həcmi ildən-ilə azalır. Nəinki içməli su, hətta kənd təsərrüfatı üçün də kifayət qədər su yoxdur. Dəyişikliklər xüsusilə əhalinin yoxsul və həssas təbəqələri tərəfindən kəskin şəkildə hiss olunur. Bu problem bizim ölkəmizdə də kənd təsərrüfatı sahəsində özünü göstərir. İqlim dəyişikliyi torpaq, qida və su uğrunda rəqabətə hətda müharibələrə səbəb olacaq kimi proqnozlar vardər. Bəzi alimlər artıq ekoloji problemlər və yaranan münaqişələr arasında əlaqə tapıblar. Bəşəriyyətin üzləşə biləcəyi ekoloji problemlər hər kəsi narahat edir. Onları yalnız birlikdə həll etmək olar".
Bütün xəbərlər Facebook səhifəmizdə