"Azərbaycanın yol şəbəkəsinə yeni nəfəs gətirir və bu işlər bu gün bitmir, davamlıdır" - EKSPERT ŞƏRH ETDİ
"Cənab Prezidentin iştirakı ilə bütün bölgələrdə demək olar ki, yeni yol infrastrukturu qurulur, mövcud yollar təmir olunur və açılışı olur. Xoşbəxt bir tarix yaşayırıq. Ona görə ki, işğaldan azad olunan ərazilərdə yeni yol infrastrukturu qurulur. Amma təəssüflər olsun ki, yol infrastrukturu ilə bağlı, əvvəllər yol verilən xətalar və digər hərəkətlər olub və bu yaxşı nəticələr olmuyub". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.
Onun sözlərinə görə, bu səbəblərdən dolayı cənab Prezident özü şəxsən yolların tikintisi və istismara verilməsi prosesində çox ciddi münasibət sərgiləyir və özü bir çox layihələrin açılışında şəxsən iştirak edir. Yolun layihələndirilməsi, tikilməsi prosesində çox böyük diqqət göstərilir. Cənab Prezident yolun təməlinin qoyulmasından, istismara verilməsi prosesinə qədər bir çox təsbirlərdə iştirak edərək vəziyyətlə maraqlanır. Bu özü-özlüyündə çox müsbət bir haldır, həm də yol çəkənlərin, yol infrastrukturu quranların məsuliyyətinin artması üçün zəruri bir addımdır. Çox yaxşı haldır ki, işğaldan azad olunan ərazilərdə yeni yollar çəkilib və çəkilməkdədir. Kəlbəcər, Ağdam və Ağdərə və digər istiqamətlərdə yeni yollar çəkilir və bu yollar gələcəkdə bizi Zəngəzur dəhlizinə yönləndirəcək. Bu müsbət hallardır ki, biz bu tarixi günləri bu gün yaşayırıq və ümumuilikdə bu yol infrastrukturunun tikilməsi və qorunub saxlanılması çox önəmlidir. Bunu aidiyyəti qrumlarda dərk etməlidir və yol infrastrukturuna yanaşmalar dəyişilməlidir ki, bu yollar gələcəkdə bizi rahat və təhlükəsiz şəkildə mənzil başna çatdıra bilsin. Bu günkü yol açılışında da, Azərbaycanın yol şəbəkəsinə yeni nəfəs gətirir və bu işlər bu gün bitmir, davamlıdır. Yeni layihələrində tikintisi davam etməkdədir, cənab Prezident bunlarlada maraqlanır və yaxın illərdə biz Azərbaycanda paytaxt Bakıdan tutmuş işğaldan azad olunmuş ərazilərdə tam yeni, təhlükəsiz və gözəl yolların tikilib istifadəyə verildiyinin şahidi olacayıq".
Bütün xəbərlər Facebook səhifəmizdə