AMB bu il cari əməliyyatlar balansının profisitinə dair proqnozunu açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) bu il cari əməliyyatlar balansının profisitinin 5,5 milyard ABŞ dolları olacağını proqnozlaşdırır. SİA xəbər verir ki, bunu AMB-də keçirilmiş mətbuat konfrasında qurumun baş direktoru Vüqar Əhmədov bildirib.

"Ümumilikdə biz əlverişli fon görürük. Bu fon makroiqtisadi sabitlik üçün dəstəkləyici amildir. Ortamüddətli dövrdə CƏB üzrə profisitə dair proqnozumuz 5 milyard ABŞ dolları ətrafında, hətta ondan çox çoxdur", - deyə o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə