Nəqliyyat və turizm xidmətləri üzrə balansımız profisitlidir - AMB RƏSMİSİ
Sevindirici haldır ki, Azərbaycanın xidmətlər balansında iki maddə - Bunlar nəqliyyat və turizm xidmətləri üzrə balans profisitlidir. SİA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfrasında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Onun sözlərinə görə, ötən il nəqliyyat xidmətləri balansında 1,3 milyard ABŞ dolları profisit qeydə alınıb: "Nəqliyyat xidmətləri dedikdə burda əsasən yük daşımaları, o cümlədən tranzit daşımaları nəzərdə tutulur. Hesabaat dövründə turizm xidmətləri balansında isə 451 milyon ABŞ dolları profisit qeydə alınıb. Bu da əvvəlki illə müqayisədə 32 % çoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə