Qızılın qiyməti tarixi maksimumu yeniləyib

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

Əmtəə bazarlarında qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiyməti yenidən tarixi maksimumu yeniləyib. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,64% artaraq 3 025,22 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,73% artaraq 34,56 ABŞ dollarına bərabər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə