Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus “SOCAR Midstream Operations” MMC (SMO) yenidən təşkil edilir. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Qərara əsasən, “SOCAR Midstream Operations”dan “SOCAR Midstream Gas Operations” MMC (SMGO) ayrılır.
Yenidən təşkil nəticəsində SMO-nun nizamnamə kapitalı 59 501 000 manatdan 1 000 manata endirilir, onun hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq SMGO-ya ötürülür.
Xatırladaq ki, SMO qurudakı neft və qaz ixrac boru kəmərlərində və obyektlərində Azərbaycanın strateji səhmdar hüququnu və maraqlarını təmsil etmək məqsədilə 2015-ci ildə yaradılıb. Yeni təsir olunan şirkət isə hələ ki, qeydiyyatdan keçməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə