Sosial-iqtisadi inkişafı təmin edən yeniliklər gözlənilirmi? - MÜNASİBƏT BİLDİRİLDİ

"Sosial-iqtisadi inkişafa dair mütəmadi işlər görülür. Büdcəmiz sosial yönümlüdür. Hər il bu büdcəyə yenidən baxılır, orta aylıq maaşlar, pensiyalar və sosial müavinətlər qaldırılır və hər zamanda dövlətin diqqət mərkəzində olan bir məsələdir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib.

Onun sözlərinə görə, burada bir məsələdə var ki, bu daha çox iqtisadi inkişafdan da asılıdır. Bizim iqtisadiyyatımız inkişaf etdikcə ola bilsin ki, hətta büdcənində yüklənməsi azalar və iqtisadiyyat özünü təmin etmiş olacaq: "Amma görürük ki, bu keçid dövründə, büdcəni hökümət öz üzərinə götürüb və müəyyən funksiyaları yerinə yetirir. Mütəmadi olaraq büdcənin imkanlarından irəli gələrək, müvafiq tədbirlər görülür. Hal-hazırda bu məsələ ilə bağlı təklif verənlər çoxdur. Ancaq ölkənin prioritetlərindən, imkanlarından istifadə edirlər. Elə sahələr var ki, prioritet ola bilər. Buna misal olaraq onu deyə bilərəm ki, Qarabağ bölgəsi birbaşa iqtisadiyyatının, resuslarının yönəlməsi və başqa məsələlərdə sosial yönümlüdür. Amma bilavasitə yardımlar, təzminat və başqa məsələlərdə ölkənin büdcəsindən imkanlarından irəli gələn addımlar atılır. Ona görə hesab edirəm ki, lazımi tədbirlər görülür və bu sahədə görürük ki, ciddi problemlər yaranmır".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə