"Azərbaycanın BMT ilə çox yaxın əməkdaşlıq əlaqələri mövcuddur" - ŞƏRH EDİLDİ
“Birləşmiş Millətlər Təşkilatı 1941-1945-ci illərdə Birinci Dünya müharibəsindən sonra formalaşıb. BMT-nin əsas funksiyası dünya da sülhün və ədalətin təmin olunmasıdır. Həmçinin dünya da mövcud dövlətlərini birləşdirmək və əlaqələndirmək istiqamətində fəaliyyətini davam etdirirdi. Sonradan BMT dünya dövlətlərinin elə bir platformasına çevrildi ki, həmin platformada dünya dövlətlərinin qarşısına çıxan istənilən problemlər müzakirə olunmağa başladı. Bu problemlər arasında istər insan hüquqları, istər səhiyyə barəsində, istərsə də iqtisadi mövzular yer alır. Hal-hazırda da BMT-nin tərkibində ayrı-ayrı komissiyalar və müxtəlif qurumlar formalaşır. Azərbaycan Prezidentinin fərmanı ilə 2016-cı ildə “Dayanıqlı İnkişaf məqsədləri naminə” əlaqələndirmə şurası yaradılıb. Həmin qurum BMT ilə münasibətlərin axarını və istiqamələrini müəyyən edirlər”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.
Onun sözlərinə görə, Azərbaycanın BMT ilə çox yaxın əməkdaşlıq əlaqələri mövcuddur: “Hətta Azərbaycan əraziləri işğal olunduğu vaxtda BMT bu barədə qətnamələr qəbul edib. Bu qətnamələrdə işğalçı Ermənistanın Azərbaycan torpaqlarından çıxmağı tələb edirdilər. BMT-nin həmin qərarlar üçün konkret təsir mexanizmləri olmasa da, Azərbaycanı zərərçəkən və işğala məruz qalmış tərəf kimi qəbul olunmasını və erməni işğalının dayandırması istiqamətində çox ciddi əhəmiyyətə malik olan qərar kimi tarixdə alıb. BMT-nin baş ofisi Amerikada yerləşir. ABŞ-nin sözügedən quruma təsiri daha çoxdur. BMT-nin büdcəsinin formalaşmasında da Amerikanın rolu əvəzsizdir. Bu baxımdan Amerikada baş verən hər-hansı siyasi dəyişikliklərin BMT-yə təsiri qaçılmazdır. Dayanıqlı iqtisadi inkişaf, Səhiyyə problemləri, yaşıl-iqtisadiyyat problemləri digrə dövrün tələblərinə uyğun olaraq gündəmə gələn yeni istiqamətlərdə əməkdaşlıq BMT ilə davam etdirməlidir. Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasi nəticəsində BMT-nin imkanlarından istifadə edilməlidir və bu platforma təbii ki, dövlətlərin əlaqələndirilməsi və yaranmış hər-hansı problemin birgə səylərlə həlli istiqamətində çox ciddi əhəmiyyətə malik bir platformadır”.
Vüqar Oruc həmçinin qeyd edib ki, ötən il BMT-nin İqlim sazişi çərçivəsində COP29 ölkəmizdə keçirilib: "Bu özü də çox böyük bir hadisədir. Bu BMT-nin çərçivəsində Azərbaycanın digər dövlətlərlə əlaqəsinin bariz nümunəsidir. Hesab edirəm ki, BMT çərçivəsində dünya dövlətlərinin, xüsusilə iqtisadi inkişafa ehtiyacı olan dövlətlərin fəaliyyətinin dəstəklənməsində birgə əməkdaşlıq layihələrinin mövcudluğu tamamilə qanunauyğun olar. Azərbaycan indiyə qədər mövcud olan layihələrdə öz iştirakını davamlı sürətdə aparmalıdır. Azərbaycan dövlətinin Prezidenti cənab İlham Əliyevin bu istiqamətin prioritetlərdən biri kimi elan etməsi onu göstərir ki, Azərbaycan nəinki regionda həmçinin dünya da sülhün və ədalətin bərpası üçün aparılan ümumi dünyəvi siyasətin ən aparıcı halqalarından birinə çevrilməkdədir".
Bütün xəbərlər Facebook səhifəmizdə