15 milyard manatlıq investisiya qiymətli kağızları dövlət qeydiyyatına alınıb

2024-cü ildə Azərbaycanda 15 milyard 114,4 milyon manat məbləğində investisiya qiymətli kağızlarının (səhm və istiqrazlar) dövlət qeydiyyatı həyata keçirilib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənədə əsasən, bu, 2023-cü illə müqayisədə 42 % və yaxud 4 milyard 475,8 milyon manat çoxdur.

Dövlət qeydiyyatının 2 milyard 329,8 milyon manatı və yaxud 15,4 %-i 101 korporativ istiqraz buraxılışının, 1 milyard 576,6 milyon manatı və yaxud 10,4 %-i 78 səhm buraxılışının, 2 milyard 708 milyon manatı və yaxud 17,9 %-i Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının, qalanı isə dövlət istiqrazlarının payına düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə