2021-ci ildən etibarən Zəngilan rayonunda 2 220 hektar əkin sahəsi (o cümlədən 720 hektar örüşün), Qubadlı rayonunda isə 2 000 hektar əkin sahəsi uzunmüddətli (40 il), 2024-2025-cü təsərrüfat ili üçün isə 60,8 min hektar əkin sahəsi üzrə isə qısamüddətli (11 ay) icarə müqavilələri bağlanılıb. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Sənədə əsasən, ölkə Prezidentinin "İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında" 27 aprel 2021-ci il tarixli fərmanına əsasən işğaldan azad edilmiş ərazilərdə 4,7 min hektar çoxillik əkmələr altında olan kənd təsərrüfatı təyinatlı (massiv şəklində) torpaq sahələri ayrı-ayrı subyektlərə icarəyə verilib.
Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqroservis" ASC ilkin olaraq Zəngilan rayonunun Ağalı kəndinin sakinlərinə və investorlara icarəyə veriləcək 140 hektar əkin sahəsində rekultivasiya işlərini yekunlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə