Ötən il 3 min km yol salınıb

2024-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ümumi uzunluğu 3 032,4 kilometr təşkil edən yol salınıb. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənədə əsasən, ötən il Avtomobil Yolları Dövlət Agentliyi Ağdam, Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun, Şuşa-Laçın, Xudafərin-Qubadlı-Laçın, Əhmədbəyli-Füzuli-Şuşa, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd və Toğanalı Kəlbəcər-İstisu avtomobil yollarının inşasını aparıb, 35 avtomobil yolunun layihələndirilməsini və tikintisini yerinə yetirib, o cümlədən respublika əhəmiyyətli 875,4 kilometr və yerli əhəmiyyətli 2 157 kilometr yol salıb.

Dövlət Proqramına uyğun olaraq il ərzində işğaldan azad olunmuş ərazilərdə 7 kəndə gedən avtomobil yollarının və 4 rayonlararası avtomobil yollarının da tikintisi işləri həyata keçirilib. O cümlədən:

- Cəbrayıl rayonu, Horovlu kəndinə gedən avtomobil yolunun tikintisi - (2,8 kilometr, 2 hərəkət zolaqlı, icra 97 %);

- Ağdam rayonu, Kəngərli kəndinə gedən avtomobil yolunun tikintisi - (3 kilometr, 2 hərəkət zolaqlı, icra 38 %);

- Qubadlı rayonu, Mahruzlu kəndinə gedən avtomobil yolunun tikintisi - (0,3 kilometr, 2 hərəkət zolaqlı, icra 10 %);

- Qubadlı rayonu, Zilanlı kəndinə gedən avtomobil yolunun tikintisi - (0,2 kilometr, 2 hərəkət zolaqlı, icra 10 %);

- Zəngilan rayonu, Cahangirbəyli kəndinə gedən avtomobil yolunun tikintisi - (0,5 kilometr, 2 hərəkət zolaqlı, icra 10 %);

- Xocalı rayonu, Malıbəyli kəndinə gedən avtomobil yolunun tikintisi - (1 kilometr, 2 hərəkət zolaqlı, icra 35 %);

- Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun 24-cü kilometr-Umudlu- (10,2 kilometr, 2 hərəkət zolaqlı, icra 85 %);

- Suqovuşan-Kəlbəcər (9 kilometr) Ağdərə-Ağdam avtomobil yolunun tikintisi (icra 30 %);

- Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun tikintisi (24 kilometr hissəsi | texniki dərəcəli, icra 56 %);

- Bərdə-Ağdam (40 kilometr)-Əsgəran avtomobil yolunun tikintisi (icra 8 %);

- Tərtər-Ağdərə avtomobil yolunun yenidən qurulması (icra 28 %);

- M-6 (197 kilometr)-Şəfəq stansiyası avtomobil yolunun tikintisi (11,5 kilometr, 2 hərəkət zolaqlı)

Bundan başqa, 7 şəhərin (Şuşa, Ağdam, Füzulu, Qubadlı, Zəngilan, Kəlbəcər və Cəbrayıl) daxili yollarının layihələndirilməsi və tikintisi işləri aparılıb, o cümlədən Şuşa şəhərində (52 kilometr, I mərhələ 15,8 kilometr) 1-ci mərhələnin icrası 20 %, müvafiq olaraq Ağdam şəhərində (189,7 kilometr, I mərhələ 58,7 kilometr) 70 %, Qubadlı şəhərində (74,0 kilometr, I mərhələ 24 kilometr) 8 %, Zəngilan şəhərində (32 kilometr, I mərhələ 15,8 kilometr) 10 %, Kəlbəcər şəhərində (26,5 kilometr, I mərhələ 18,9 kilometr) 25 %, Cəbrayıl şəhərində (44,5 kilometr, I mərhələ, 24 kilometr) 97 % və Füzuli şəhərində (84,7 kilometr, I mərhələ 18,5 kilometr) 24 % təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə