2024-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) operatoru olduğu Hökumət Ödəniş Portalının (HÖP) əhatə dairəsini bir qədər də genişləndirib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Sənədə əsasən, ötən il HÖP-ə 2 kommunal xidməti müəssisəsi və 120-dən çox ali və orta ixtisas təhsil müəssisəsi qoşulub. Beləliklə, hazırda Portalda 11 mərkəzi icra hakimiyyəti orqanı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Əmlak Məsələləri Dövlət Xidməti, 6 kommunal xidməti müəssisəsi, 5 stasionar və mobil rabitə operatoru, "Elektron Məhkəmə" portalı üzərindən 116 məhkəmə orqanı, İcbari Sığorta Bürosu vasitəsilə 17 sığorta şirkəti, Əmanətlərin Sığortalanması Fondu, İpoteka və Kredit Zəmanət Fondu, Əqli Mülkiyyət Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Milli Sertifikat Xidmətləri Mərkəzi, Dövlət İmtahan Mərkəzi və 220-dən çox ali və orta ixtisas təhsil müəssisəsi, 1 431 bələdiyyə orqanı təmsil olunur.
HÖP-lə 1 270-dәn çox xidmәt üzrә ödәnişlәr toplanılır. Bu isə 170-dən çox artım deməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə