Azərbaycanın bank sektorunun likvid aktivləri 14 milyard manatı keçib

Bu il yanvarın 1-nə Azərbaycan banklarının likvid aktivləri 14,2 milyard manat olmaqla sektorun aktivlərinin 26,9 %-ni təşkil edib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənəddə deyilir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 8,4 % çoxdur.

Sektorun likvidlik göstəriciləri (məcmu və xarici valyutada likvidliyin örtülmə əmsalları, ani likvidlik əmsalı) minimum requlyativ tələbi 1,7 dəfədən çox üstələyib.

Likvid aktivlərin 44,4 %-i (3,7 milyard ABŞ dolları) xarici valyutada olub.

Likvid aktivlərin 45 %-i və yaxud 6,4 milyard manatı dövlət qiymətli kağızlarında, 31 %-i və yaxud 4,4 milyard manatı nostro hesablarda, 14 %-i və yaxud 2 milyard manatı nağd vəsaitlərdə, 9 %-i və yaxud 1,2 milyard manatı Azərbaycan Mərkəzi Bankında olan müxbir hesablardadır.

Bütün xəbərlər Facebook səhifəmizdə