Valyuta bazarına satışyönlü müdaxiləmiz davam edəcək - Taleh Kazımov

Azərbaycan Mərkəzi Bankının valyuta bazarına satışyönlü müdaxiləsi bu ilin sonuna qədər davam edəcək. SİA xəbər verir ki, bunu qurumun sədri Taleh Kazımov keçirdiyi mətbuat konfrasında bildirib.

"Oktyabrda 424 milyon ABŞ dolları məbləğində valyuta satışımız olub. Bu da dövlət ehtiyacının ödənilməsi ilə bağlıdır. Gözlənilir ki, növbəti 2 ayda da satışımız olsun", - deyə o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə