Staqflyasiya iqtisadiyyatda durğunluq və inflyasiyanın eyni vaxtda baş verməsi deməkdir. Belə olan halda işsizlik səviyyəsi artsa da, qiymətlər də sürətlə artmağa davam edir. Son məlumatlara görə, Türkiyədə işsizlik artarkən, istehsal da azalmaqdadır. Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, iyun ayında işsizlik nisbəti bir əvvəlki ayla müqayisədə 0,7 faiz artaraq 9,2 faizə çatıb.
Sənaye istehsalında isə may ayında başlayan azalma iyun ayında da sürətlə davam edib. Məlumatlara görə, iyun ayında 2.1%, illik isə 4.7% azalma müşahidə olunur. Belə ki, sənaye istehsalında 16 ayda ən böyük azalma görülüb. Beləliklə bir çox mütəxəssis sənaye istehsalı və işsizlik rəqəmlərinə əsaslanaraq Türkiyə iqtisadiyyatının staqflyasiyaya doğru getdiyini qiymətləndirib.
Beləliklə, Türkiyəni staqflyasiya təhlükəsinin gözlədiyi bir həqiqətdir. Belə ki, mövcud iqtisadi siyasət, tələbi azaldır və iqtisadi artımın yavaşlamasına səbəb olur. Bu davam edərsə növbəti dönəmdə staqflyasiya effekti müşahidə oluna bilər. Bu tendensiya davam edərsə, staqflyasiya, yəni inflyasiya daxilində durğunluq Türkiyə iqtisadiyyatını çətin vəziyyətə salacaq.
Bu, tendensiya hələ ki, teoriya olaraq qalsa da əksər mütəxəssis bu barədə həmfikirdir. Belə ki, iqtisadi artımın, inflyasiya dərəcəsi aşağı düşərkən yavaşlaması bir qədər başa düşüləndir, lakin yüksək inflyasiya davam edərkən iqtisadiyyatın durğunluğu gözlənilməz və təhlükəlidir.
Çünki yüksək inflyasiya iqtisadi durğunluq və işsizliyin artması ilə müşayiət olunduqda onun nəticələri daha ağır olur. İşsizlik artarkən inflyasiya ilə mübarizə sabit və aşağı gəlirli insanların real gəlirlərini azaldır, ən zəruri ehtiyyacların belə ödənilməsini çətinləşdirir.
Staqflyasiya eyni zamanda inflyasiya və işsizlik kimi iki problemlə üzləşmək deməkdir. İqtisadi potensial zəifləyir, beləliklə kifayət qədər maaş almırsınız. Digər tərəfdən isə qiymətlər artmağa davam edir. Əgər bunlardan heç olmasa biri düzəlsə, məsələn, qiymət artımı dayandırılsa, bu vəziyyətə dözmək olar. Amma qiymətlər eyni zamanda artmağa davam edərsə, deməli vəziyyət doğurdan da qəlizdir. Beləliklə siz gəlirlərinizi itirirsiniz eyni zamanda isə inflyasiya ilə gəlirlər arasındakı uçurum getdikcə genişlənir.
Nəticə olaraq iqtisadçıların fikrincə, Türkiyənin inflyasiyanın azaldılması siyasəti iqtisadiyyatda mütləq durğunluğa gətirib çıxarır. Mövcud siyasətin əsas elementi isə tələbin azaldılmasıdır. Bununla belə, inflyasiyada azalma tendensiyası müşahidə olunsa da, bu istənilən sürət və səviyyədə deyil.
Xüsusən də ərzaq məhsullarında olduğu kimi, bəzi məhsulların qiyməti kifayət qədər istehsal olunmadığı üçün bahalaşır. Beləliklə təkcə tələbə əsaslanan inflyasiya deyil, həm də təklifə əsaslanan inflyasiya var. Bu isə staqflyasiya ehtimalını gücləndirir.
Bu səbəblərdən ərzaq istehsalının artırılması və danışmaz əmlak imkanlarının artırılması kimi bəzi zəruri tədbirlər görülməlidir. Mütəxəssislərə görə gəlir səviyyəsinə görə vergi siyasəti də Türkiyə iqtisadiyyatına müsbət təsir edə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə