Azərbaycan XİN 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə sosial media hesablarında paylaşım edib. SİA-nın verdiyi məlumata görə, paylaşımda deyilir:
"18 Oktyabr – Müstəqilliyin Bərpası Günü, xalqımızın azadlıq iradəsinin və dövlətçilik ənənələrimizin yenidən yüksəlişinin rəmzidir. Azərbaycan xalqının öz müstəqilliyini bərpa etməsinin 34-cü il dönümü münasibətilə bütün həmvətənlərimizi səmimi qəlbdən təbrik edir, Azərbaycanımıza əbədi müstəqillik və davamlı tərəqqi arzulayırıq".
Müəllif: Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə