Azərbaycan XİN Müstəqilliyin Bərpası Günü ilə əlaqədar paylaşım edib

18 Oktyabr 2025 09:10 (UTC+04:00)

Azərbaycan XİN 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə sosial media hesablarında paylaşım edib. SİA-nın verdiyi məlumata görə, paylaşımda deyilir:

"18 Oktyabr – Müstəqilliyin Bərpası Günü, xalqımızın azadlıq iradəsinin və dövlətçilik ənənələrimizin yenidən yüksəlişinin rəmzidir. Azərbaycan xalqının öz müstəqilliyini bərpa etməsinin 34-cü il dönümü münasibətilə bütün həmvətənlərimizi səmimi qəlbdən təbrik edir, Azərbaycanımıza əbədi müstəqillik və davamlı tərəqqi arzulayırıq".