...Deməli o gündən axtarırlar və...
...Bu axtarışları zamanı keçmiş yüksək rütbəli gürcü siyasətçilərinin 7 milyon dollar və bahalı rəsm əsərləri tapılıb. SİA-nın məlumatına görə, “RİA Novosti” xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin direktoru Emzar Qaqnidze məlumat verib.
O qeyd edib ki, keçmiş məmurlar arasında keçmiş baş nazir İrakli Qaribaşvilinin də adı var.
...Axtarışlar nəticəsində müxtəlif yerlərdən ümumilikdə 7,22 milyon dollar və 136 min lari, həmçinin 198 ədəd qızıl-zinət əşyaları və saatlar, bahalı rəsmlər və sənədlər götürülüb.
Bunu Qaqnidze bildirib.
...Dövlət Təhlükəsizliyi Xidmətinin və Gürcüstan Baş Prokurorluğunun istintaq bölməsinin əməkdaşları yuxarıda qeyd olunan sənədlər və elektrik avadanlıqları barədə məlumatları intensiv şəkildə öyrənir və emal edirlər.
O əlavə edib ki, müstəntiqlər hələ də keçmiş siyasətçilərin bu qədər böyük məbləği necə əldə etdiyini müəyyən etməlidirlər. Hüquq-mühafizə orqanlarının bundan sonrakı addımları bundan asılı olacaq.
2025-ci ilin aprelində Gürcüstanın hakim partiyası olan “Gürcü Arzusu”nun o vaxtkı rəhbəri olan Qaribaşvili hərəkatdan istefa verdiyini elan etdi. O, bunun siyasətdən uzaqlaşmaq istəyi ilə bağlı olduğunu bildirib.
Xatırladaq ki, Qaribaşvili iki dəfə Gürcüstanın baş naziri olub: 2013-cü ildən 2015-ci ilə qədər və 2021-ci ildən 2024-cü ilə qədər...
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə