Prezident: TDT qardaşlıq əlaqələrimizin möhkəmlənməsində əsas rol oynayır

Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan və Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsində əsas rol oynayır və siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı üçün təsirli platforma rolunu oynayır. SİA-nın verdiyi məlumata görə, bu barədə Prezident İlham Əliyev "Kazinform" agentliyinə müsahibəsində bildirib.

Dövlət başçısının sözlərinə görə, 2009-cu ildə qədim Azərbaycan torpağı - Naxçıvanda qurulan Türk Dövlətləri Təşkilatı türk xalqları və ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsinə və həmrəyliyin gücləndirilməsinə böyük töhfə verib.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə