Gəncədə Çanaqqala döyüşləri muzeyinin açılışı olub

Bakı Yunus Emre İnstitutunun təşkilatçılığı, Türkiyə Respublikası Gəncə Baş konsulluğu, Gəncə Şəhər İcra Hakimiyyəti, Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazi İdarəsinin dəstəyi ilə Çanaqqala döyüşlərinin 100-cü ildönümü münasibəti ilə Gəncə Çanaqqala Döyüşləri Mobil Muzeyi ziyarətə açılıb.

SİA-nın məlumatına görə, Çanaqqala Döyüşləri Mobil Muzeyi layihəsi 2 iyul 2020-ci il tarixindən etibarən fəaliyyətə başlayaraq, Türkiyənin dörd bir yanında nümayiş etdirilməyə başlanılıb.

Qeyd edək ki, layihə çərçivəsində müharibə dövrünə aid müxtəlif materiallar, videolar və döyüş obyektləri nümayiş etdirilən bu mobil muzey - səs effekti, ab-havası və dizaynı ilə əbədiyaşar Çanaqqala ruhunu Türkiyənin və dünyanın dörd bir tərəfinə daşımağı hədəfləyir.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə