Siyəzəndə təsərrüfatların 80%-nin genişzolaqlı internetə çıxışı təmin edilib - FOTO
“Onlayn Azərbaycan” layihəsi çərçivəsində “Aztelekom” MMC Siyəzən rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən SİA-ya verilən məlumata görə, Siyəzən şəhərində şəbəkənin tikintisi başa çatdırılıb. Şəhər mərkəzində 3352 təsərrüfatdan 3148 ev təsərrüfatı və biznes subyekti GPON xidmətlərindən yararlanır.
Rayonun Gilgilçay qəsəbəsi, Eynibulaq, Sədan, Kiçik Həmyə, Orta Həmyə, Böyük Həmyə, Yenikənd, Məşrif, Qalaaltı, Orta Çalğan, Zarat, Daşlı Çalğan, Qozağacı kəndlərində 5579 təsərrüfat üçün şəbəkənin tikintisi başa çatdırılıb.
Ümumilikdə rayonda mövcud təsərrüfatların 80%-nin genişzolaqlı internetə çıxışı təmin edilib. Hazırda rayon ərazisində 5103 təsərrüfat GPON xidmətlərindən yararlanır və yeni qoşulmalar davam etdirilir.
GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (40 Mbit/s-dən 100 Mbit/s-dək) internet paketləri (internet, internet + telefoniya, internet + televiziya, internet + telefoniya + televiziya) təklif olunur. Xidməthaqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 AZN-dən 48 AZN-dək dəyişir.
Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı Mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə, həmçinin www.aztelekom.az saytı vasitəsilə müraciət edə bilərlər.
Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.
Qeyd edək ki, ümumilikdə 2,49 milyona yaxın təsərrüfat genişzolaqlı internetlə əhatə olunub. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 85%-ni təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...
Sosial 23:19Türkiyəli jurnalist Azərbaycan xalqından üzr istədi
Siyasət 22:19Renault 80-ci illərin ralli əfsanəsini canlandıracaq...
Texnologiya 21:52Pentaqon şarlar üçün yeni bir istifadə tapdı...
Dünya 21:29Rusiyanı səfərbərlik gözləyirmi?
Dünya 21:06Ukrayna hansı kozırları oynaya bilər?
Dünya 20:05Avropa Putinin planlarını pozmağa qadirdir...
Dünya 19:05Qəzza zolağında neçə xristian qalıb?
Dünya 18:49Klassik tələ...
Dünya 18:27Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir
İqtisadiyyat 17:36Ukraynada keşiş 3 nəfəri güllələyib
Dünya 17:33Dünya Bankının qlobal konfransı 2027-ci ildə Bakıda keçiriləcək
İqtisadiyyat 17:31Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:00Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



