Bakı aeroportuna işləyən avtobusların intervalı 25 dəqiqəyə endirilib

Bakı aeroportuna işləyən avtobusların intervalı 25 dəqiqəyə endirilib

Bu gündən etibarən havalimanı ekspress marşrut xəttinin hərəkət qrafikində dəyişiklik edilib. SİA bu barədə "BakuBus" MMC-yə istinadən xəbər verir.

"Sizə daha keyfiyyətli və operativ xidmət göstərmək məqsədilə ekspress avtobuslarının intervalı 30 dəqiqədən 25 dəqiqəyə endirilib, müvafiq olaraq bu marşrut xətti üzrə hərəkət edən avtobusların sayı artırılıb", - deyə məlumatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə