“Brent” markalı neft ucuzlaşıb

“OPEC+”un hasilat məhdudiyyətlərini uzatmaqla bağlı qərarına baxmayaraq, neftin qiymətləri aşağı düşüb. SİA xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 0,62 ABŞ dolları aşağı düşüb və 1 barel üçün 78,26ABŞ dolları təşkil edib ki.

Nyu-York əmtəə birjasında “WTI” markalı neftin yanvar fyuçersləri 0,51 ABŞ dolları ucuzlaşaraq 1barel üçün 73,56 ABŞ dolları olub.

Bütün xəbərlər Facebook səhifəmizdə