Biz Azərbaycandakı tərəfdaşlarımızı dəstəkləməkdən qürur duyuruq
Cənubi Afrika kosmos pavilyonumuza xoş gəlmisiniz. Biz Azərbaycandakı sənaye tərəfdaşlarımızı dəstəkləməkdən qürur duyuruq və hər kəsi 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi (IAC2023) çərçivəsində təşkil olunan sərgidə stendimizi ziyarət etməyə dəvət edirik.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri açıqlamasında Cənubi Afrika Milli Kosmik Agentliyinin rabitə üzrə mütəxəssis Daleen Fuş deyib.
O qeyd edib ki, Cənubi Afrika Milli Kosmik Agentliyinin Yerin müşahidəsi, Kosmik Əməliyyatlar, kosmik mühəndislik və kosmik elm daxil olmaqla bir neçə proqramı var.
“Bu il bizi dəvət etdiyi üçün Bakıdakı təşkilatçılara minnətdarlığımızı bildiririk. Sizin gözəl, çox təmiz və təhlükəsiz şəhəriniz var. Biz bu gözəl şəhəri ziyarət etməkdən çox şadıq”, - deyə cənubi afrikalı mütəxəssis söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə