“2023-cü ildə orta aylıq əməkhaqqı 11.3 faiz artıb” - DEPUTAT FİKİR BİLDİRDİ
“Orta aylıq əməkhaqqıda artım davam edir. 2023-cü ilin geridə qalan aylarında orta aylıq əməkhaqqı 11.3 faiz artıb. Yəni bu il ərzində də orta aylıq əməkhaqqının artmasını müşahidə etdik”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bu tendensiya 2024-cü ildə də davam edəcək: “Fərqli sektorlar üzrə artımlar var və bu özünü praktik olaraq həm dövlət, həm özəl sektorda göstərib. Növbəti ildə orta aylıq əməkhaqqındakı artım məhz sosial sahədə həyata keçirilən siyasətin bir hissəsi olaraq qiymətləndirilməlidir”.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə