Market qiymətləri bazar qiymətindən niyə bahadır? - İQTİSADÇI ŞƏRH ETDİ

Market qiymətləri bazar qiymətindən niyə bahadır? - İQTİSADÇI ŞƏRH ETDİ

“Marketlərin bazar qiymətindən baha olmasında bir neçə amil var. Belə ki, marketdə verilən vergi ilə, bazarda verilən vergi arasında fərq var. Bazarda piştaxta arxasında oturanlar əlavə vergi dəyərinin ödəyicisi deyillər, onlar sadələşdirilmiş vergi ödəyicisidirlər. Hətta bəzən vergidən yayınanlar da olur. Marketlərdə isə smart kassa sisteminin tətbiqi vergidən yayınmanı mümkünsüz edir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
Onun sözlərinə görə, mühüm amillərdən biri də yer pulunun fərqli olmasıdır: “Yəni marketin xərci ilə, bazarda hər hansı piştaxtanın xərci eyni deyil. Eyni zamanda saxlanma şəraitləri belə müqayisəgəlməz dərəcədə fərqlidir. Bütün bunlar da marketlərdəki qiymətin bazar qiymətindən yüksək olmasına səbəb olur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə