"Daşınmaz əmlakın qetdiyyatı daim Prezidentin diqqət mərkəzində olub" - Zahid Oruc

"Daşınmaz əmlakın qetdiyyatı daim Prezidentin diqqət mərkəzində olub" - Zahid Oruc

"Son 10 il ərzində orta hesabla əhalinin hər nəfərinə düşən sahə mənzil və ev sahəsi 17.6 m2-dən 20 m2-ə çatıb. İqtisadi rayonlar üzrə bu istiqamətdə ən yüksək artım Abşeron-Xızı, ən az Mil-Muğan iqtisadi rayonları üzrə qeydə alınıb". SİA xəbər verir ki, bu sözləri STM-də keçirilən "Tikinti sektoru subyektləri arasında vahid müqavilə formasının tətbiq zərurəti, tənzimlənməyən münasibətlərin sektorda yaratdığı problemlər və onların həll yolları" konfransında millət vəkili Zahid Oruc deyib.

Deputat qeyd edib ki, dövlət hesabına əhalinin mənzil şəraitinin yaxşılaşdırılması və mənzillərin güzəştlə əldə edilməsi sahəsində görülən tədbirlər nəticəsində dövlət hesabına mənzil alan və yaşayış şəraitini yaxşılaşdıran ailələrin sayı 2000-ci 1758 ailə olduğu halda, 2021-ci ildə 3258 ailəyə çatıb: "Mənzil fondunun qazla təminatı son 20 ildə 82.0%-dən 95.8%-ə, su xətti ilə təminatı 60.7%-dən 85.1%-ə, kanalizasiya ilə təminatı 42.1%-dən 81.9%-ə çatdırılıb.

Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatlarına görə, daşınmaz əmlak üzərində aparılmış dövlət qeydiyyatının 15.3%-i ilkin qeydiyyat, 84.7%-i isə təkrar qeydiyyat olub. Son 10 il ərzində təkrar qeydiyyat göstəricilərinin sayı 4.5 dəfə artarkən, ilkin qeydiyyat göstəriciləri 2.9 dəfə artıb.

Əhalinin hər 10.000 nəfərinə düşən mənzillərin sayı MDB ölkələri üzrə xeyli fərqlənir. Ən yüksək göstərici Belarus (49) və Qazaxıstanda (62) olduğu halda Azərbaycanda bu göstərici 2018-ci ildə 16,6 mənzil təşkil edib. Lakin rəqəmlər arasında belə kəskin fərqin səbəblərindən biri də mənzil və yaşayış fondlarının qeydiyyatının başa çatmamasıdır. Daşınmaz əmlakın qetdiyyatı problemi Prezident İlham Əliyevin daimi diqqət mərkəzində olub. 2011-ci Bakı şəhər icra hakimiyyətində keçirilən müşavirə və daha sonra qəbul edilən sərəncamlar deyilənlərə sübutdur. Nəticədə daşınmaz əmlakın dövlət reestri haqda yeni qanun qəbul olundu və qeydiyyat sahəsində vəziyyət xeyli dəyişdi. İqtisadiyyat nazirliyinin məlumatına görə, həmin qərarlardan sonra 100 minə qədər ev və mənzil hüquqi aktla təmin olundu. Ötən 2022-ci ildə Azərbaycan ərazisində 49 min evin, 94 min mənzilin mülkiyyət hüququ təsdiqlənib. Beləliklə, mətbuatda daim dövr edən bir rəqəm-500 min rəsmiləməyən mülkün yarısı bu yolla müsbət həllini tapdı".

Bütün xəbərlər Facebook səhifəmizdə