Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi artır

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi artır

Gürcüstan və Azərbaycan iqtisadi əməkdaşlıq qurur.

SİA-nın əldə etdiyi məlumata görə, bu ilin əvvəlindən bəri qarşılıqlı ticarət dövriyyəsi 7,3 faiz artıb.

Təkcə yanvar-may aylarında iki ölkə arasında ticarət dövriyyəsi 7,3 faiz artaraq 612 milyon dollara çatıb.

Qeyd edək ki, ötən illə müqayisədə Azərbaycandan Gürcüstana məhsul ixracı azalıb, Gürcüstanın idxalı isə 100 milyon dollardan çox artıb.

Onu da qeyd edək ki, Azərbaycan Gürcüstanın beş əsas ticarət tərəfdaşından biridir. Azərbaycanın əsas ticarəti isə Türkiyə ilədir.

Yeri gəlmişkən, Gürcüstan bu ilin ilk beş ayında xarici ticarət dövriyyəsini 18,9 faiz artıraraq 8,3 milyard dollara çatdırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə