“Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə “Maire Tecnimont” şirkəti arasında enerji keçidi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. SİA xəbər verir ki, sənədi energetika nazirinin müavini Elnur Soltanov və şirkətin baş icraçı və baş əməliyyat direktoru Alessandro Bernini imzalayıb.

Memorandumun məqsədi tərəflər arasında enerji məsələləri, o cümlədən bərpa olunan enerji, “yaşıl enerji”yə keçid və enerji səmərəliliyi ilə bağlı sahələr üzrə əməkdaşlığın gücləndirilməsindən ibarətdir. Sənəd, həmçinin aşağı karbon texnologiyaları, tullantılardan enerji istehsalı, “yaşıl hydrogen”, bioyanacaqlar, həmçinin metan emissiyalarının azaldılması kimi sahələrdə əməkdaşlıq imkanlarının araşdırılmasını əhatə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə