"Zəlzələnin vurduğu ziyan Azərbaycana da təsirsiz ötüşməyəcək" - İQTİSADÇI ŞƏRH ETDİ

“Azərbaycan Türkiyənin ticarət tərəfdaşları arasında əsas mövqedə qərarlaşan ölkələrdən biridir. Türkiyədə Azərbaycanın təxminən 6 milyard dollarlıq ticarət dövriyyəsi var”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, eyni zamanda, Türkiyə Azərbaycanın ticarət tərəfdaşı olaraq 13%-dən artıq paya malikdir: “Baş verən bu zəlzələ nəticəsində Türkiyəyə 100 milyard dollara yaxın zərər dəyib. Bu qədər böyük bir zərərin Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil. Amma zərərin ölkəmizə çox ciddi təsir edəcəyini düşünmürəm. Yəni, Azərbaycanın Ümumi Daxili Məhsulunda, xarici ticarət dövriyyəsində və s. azalma müşahidə etməyəcəyik. Təbii ki, ayrı-ayrı sektorlarda müəyyən təsirlərin şahidi olacağıq. Lakin böyük anlamda ziyan Azərbaycana deyil, Türkiyəyə dəyəcək”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə