"Bu əməkdaşlıq iki ölkə arasında iqtisadi inteqrasiyanın inkişafına töhfə verir" - QURUM RƏSMİSİ BİLDİRİB

"XXI əsrdə İsrail dünyanın qabaqcıl innovasiya mərkəzlərindən birinə çevrilib. Bildiyiniz kimi, bugünkü gündə İsrail kibertəhlükəsizlik maliyyə texnologiyaları və rəqəmsal səhiyyə sistemi baxımından dünyada liderlik mövqeyinə malikdir". SİA xəbər verir ki, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan-İsrail İnnovasiya Forumunda deyib.

O bildirib ki, bu baxımdan innovasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ölkələrimiz arasında iqtisadi inteqrasiyanın dərinləşməsinə əhəmiyyətli töhfə verə bilər: "İnnovativ sahibkarlığın inkişafı Azərbaycan hökumətinin strateji fəaliyyət gündəliyində də əks olunur. Bu məqsədlə innovasiyaların özəl və dövlət sektorunda tətbiqinin stimullaşdırılması startuplar və investorlar üçün məqsədli imtiyazlar sisteminin hazırlanması və bunun kimi bir neçə tədbirin həyata keçirilməsi nəzərdə tutulub".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə