"Azərbaycanın enerji ehtiyatları dünya üçün sərhəd tanımır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Fevralın 3-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın ən çətin günlərində və 1994-cü ildə "Əsrin müqaviləsi" imzalandıqda yalnız ölkə xaricində deyil, ölkə daxilində də müəyyən qüvvələr az qala hər kəsi inandırmaq istəyirdilər ki, Azərbaycanın enerji sahəsində heç bir uğuru ola bilməz, bütün bunlar sadəcə gözə kül üfürməkdir. Amma həyat nəyi göstərdi? Azərbaycan qaz və neft sənayesində o qədər böyük uğurlar qazandı ki, onların nəticəsində 44 günlük Vətən müharibəsində dünyanın ən müasir silahlarını əldə edə bildik". Bu sözləri SİA-ya açıqlamasında deputat Anar İsgəndərov deyib.
Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı bu gücün sahibi oldu: "Uzun illərdir ki, dünya Azərbaycanın kiçik bir dövlət olmadığını, onun gücünü dərk edir. Bu gün Azərbaycan öz neftini və qazını dünyanın hər hansı bir ərazisinə ötürmək imkanına malikdir və dünya dövlətlərini bu enerji ilə təchiz edə bilir. Təsadüfi deyil ki, fevralın 3-də Rumıniyanın Prezidenti başda olmaqla dünyanın ən nəhəng dövlətlərinin iştirakı ilə keçirilən konfransda Azərbaycanın dövlət başçısı həm neft-qaz, həm də "yaşıl enerji" sahəsində ölkəmizin dünyanın istənilən bir dövləti ilə əməkdaşlıq etməyə hazır olduğunu bəyan etdi".
Deputat sözlərinə davam edərək bildirib ki, bugünkü gündə Azərbaycanın enerji ehtiyatları dünya üçün sərhəd bilmir: "Azərbaycan həm dünyanın nəhəng şirkətləri ilə əməkdaşlıq edir, həm də istehsal etdiyini kimdənsə gizlətmir. Dünya dövlətlərinin təhlükəsiz və rahat yaşaması üçün Azərbaycan öz ehtiyatlarını verməyə hazırdır. Son dövrün hadisələri də göstərir ki, Avropada ağır enerji böhranı yaranıb. Bu təbii ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Ancaq Azərbaycan öz xeyirxah əlini bu dövlətlərə uzatmağa hazırdır. Həmin dövlətlər də Azərbaycanın alicənablığını görür və hər bir Avropa rəhbəri bu gün məmnuniyyətlə ölkəmizə səfər etmək, uğurlarımızı görmək istəyir. Fevralın 3-də baş tutmuş bu tədbir də Azərbaycanın gücünü bir daha nümayiş etdirdi. Azərbaycan bu iqtisadi gücündən siyasi maraqları üçün istifadə etmir. Əksinə çətin anında dünya iqtisadiyyatına yardım əlini uzadır. Bu da onu göstərir ki, 30 il ərzində dünya Azərbaycanın haqqını müdafiə etməsə də, Azərbaycan dünyanın tərkib hissəsidir. Bu Azərbaycanın siyasəti dostluq, qardaşlıq və əmin-amanlıqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB