Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası hansı önəmə malikdir? - İQTİSADÇI-EKSPERT DANIŞDI

“Cənub Qaz Məşvərət Şurasının bugünkü iclası tamamilə fərqli bir dönəmə təsadüf edir. Bir tərəfdən 2022-ci ildə Ukrayna müharibəsi fonunda Avropada enerji böhranı daha da möhkəmləndi. Digər tərəfdən isə biz 2022-ci ildə Azərbaycanın Avropa bazarına daha böyük mavi qaz və enerji resursları ilə çıxmasını müşahidə etdik”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, nəticədə 2022-ci ildə Azərbaycan Avropaya mavi qaz nəqlini 40 faiz artıraraq 11, 4 milyard kub metrə çatdırdı: “Bütövlükdə son 2 ildə Azərbaycan Avropaya 20 min milyard kub metrə yaxın mavi qaz nəql edib. Bu iclas və burada iştirak edən tərəflərin o cümlədən Avropa İttifaqına üzv olan ölkələri rəsmilərinin mövqeləri bir daha təsdiq edir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfə verən ölkələrdəndir və Avropa uzun müddət bu sahədə Azərbaycanla əməkdaşlığını davam etdirəcək. Həmçinin Azərbaycanın mavi qazını almaq istəyən ölkələrin sayında kəskin artımlar var.

Cənab Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində reallaşan Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin formalaşmasında xüsusi rola və paya malikdir. Bu kontekstdən təbii ki, həm bir tərəfdən Azərbaycan regionda və eləcə də Avropa İttifaqında önəmi artır. Digər tərəfdən Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyinin daha da güclənməsi müşahidə olunur. Bu da ondan xəbər verir ki, Azərbaycan yaxın illərdə Avropa İttifaqına, eləcə də regiona alternativ ölkələrdən yaşıl enerjini ixrac edə biləcək. Cənub Qaz Dəhlizi regionun və Azərbaycanın iqtisadi eyni zamanda da strateji maraqlarına cavab verir. Bu Azərbaycan üçün yeni imkanlardır Avropa üçün isə enerji təhlükəsizliyinin formalaşması baxımından yeni alternativ mənbədir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə