Bu festival izləyən hər kəsə xüsusi zövq verir - DEPUTAT AÇIQLADI

"Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və yenilməz Azərbaycan əsgərinin gücü ilə 30 illik həsrətə son qoyuldu. İşğaldan azad olmuş torpaqlarımızda, o cümlədən Qarabağın incisi olan Şuşada təmir-bərpa işləri aparıldı". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirib.

Onun sözlərinə görə, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə bu il "Şuşa ili" elan edildi: "Həmçinin Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Tədbirlərin, beynəlxalq görüşlərin bir hissəsi elə məhz Şuşada keçirilib. Şuşa Azərbaycanın simvoluna çevrilib. Şuşada V “Xarıbülbül” festivalının keçirilməsi bir daha onu sübut edir ki, Azərbaycan öz torpaqlarını geri qaytardı. Bu festival onu göstərir ki, Azərbaycan həqiqətən də öz torpaqlarına əhəmiyyət verir. “Xarıbülbül” beynəlxalq festivalında qardaş xalqların folklorları, yarışmaçıları iştirak ediblər. Bura dünyanın bir çox nümayəndələri gəlib və bu tədbirdə iştirak ediblər.

“Xarıbülbül” festivalının Şuşada, Cıdır düzündə keçirilməsinin böyük əhəmiyyəti var. Bu festival Şuşanı, Azərbaycanı bir daha dünyaya tanıtdı. Həmçinin bu festival Şuşanın gələcəkdə mühüm strateji bir şəhərə çevrilməsinə imkan yaradır. Cənab Prezident İlham Əliyev və Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da “Xarıbülbül” festivalında iştirak etməsi onu göstərir ki, ölkə rəhbərliyi Şuşaya ciddi diqqət ayırır. Bu festival izləyən hər kəsə xüsusi zövq verir. Özümüz də Şuşada olarkən oradakı quruculuq işləri ilə yaxından tanış olduq. Gələcəkdə hələ belə tədbirlər çox keçiriləcək və bunların birgə şahidi olacağıq. Yaxın gələcəkdə xalqımız rahatlıqla Şuşa şəhərinə gedib oranı ziyarət edə biləcəklər".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə