\"Kitab bayramı-2011\"- FOTOSESSİYA

\"Kitab bayramı-2011\"- FOTOSESSİYA

Bu gün Filarmoniya bağında Mədəniyyət və Turizm Nazirliyinin IV Ümumrespublika ənənəvi kitab bayramı çərçivəsində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə "Kitab bayramı -2011"-in açılış mərasimi keçirilib.

\"\"

SİA-nın məlumatına görə, \"Kitab bayramında\" Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin nəfəs alətləri orkestri, xalq çalğı alətləri ansamblı, kamera orkestri, simfonik orkestr, estrada ansamblı və Mədəniyyət Mərkəzlərinin muğam üçlüyü çıxış edib.

\"\"

\"\"

Kitab bayramında Prezident İlham Əliyevin Sərəncamı ilə yeni nəşr olunan kitabların sərgisi, müxtəlif mövzular üzrə ədəbiyyatların sərgilənməsi, təbliği, əyani və şifahi təbliğat vasitələrindən geniş istifadə olunması, Respublika nəşriyyatlarında çap olunan kitabların satışı, N.Nərimanovun, M.S.Ordubadinin, C.Məmmədquluzadənin və C.Cabbarlının kitablarının sərgisi keçirilib.

\"\"

\"Kitab bayramı - 2011\"də həmçinin, Bakı Şəhər 11 Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin internet saytlarının təqdimatı baş tutub.

\"\"

Tədbirdə Yayım Assosiasiyası, \"Ada\", \"Nil", \"Akademiya\" \"Dom russkoy kniqi\", \"Əli və Nino\" kitab mərkəzləri, \"Nurlar\", \"Beşik\", \"Qlobal\", \"Qanun\", \"Qərb-Şərq\", \"Olaylar\" və \"Xəzər\" nəşriyyatlarının yeni çap məhsullarının sərgisi həyata keçirilib.

\"\"

Qeyd edək ki, "Kitab bayramı – 2011" saat 19.00-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə