Kitabxana şəhidlərə həsr olunmuş videoçarx hazırlayıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı ötən ilin sentyabrın 27-də Azərbaycanın Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı qəhrəmancasına Şəhidlik zirvəsinə ucalan Naxçıvanın igid oğullarına həsr olunmuş videoçarx hazırlayıb.

İdarədən SİA-ya bildirilib ki, videoçarx kitabxananın sosial hesablarında oxuculara təqdim edilib.

Videoçarxda qeyd edilir ki, döyüşlərdə mənfur düşmənə ağır zərbə vuraraq layiqli dərs verən şəhidlərimiz, qəhrəmanlıq salnaməsinə adlarını yazmaqla Vətənin bölünməzliyinə imza atıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...