“Xocalı – tarixi ədalət” FOTOLAR

Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş “Xocalı – tarixi ədalət” adlı adlı virtual sərgi açılıb. SİA-nın məlumatına görə, sərgidə nümayiş olunan əsərlərdə 1992-ci ilin 26 fevralında erməni silahlı qüvvələri tərəfindən Xocalıda mülki insanlara qarşı həyata keçirilmiş kütləvi qətliamla bərabər, zaman-zaman xalqımızın başına gətirilən digər faciələr də təsvir edilib. Eyni zamanda Xocalının müdafiəsi zamanı qeyri-bərabər şərtlərdə düşmənə qarşı dinc əhalinin göstərdiyi mərdlik, əsgərlərimizin şücaəti, xalqımızın ərazi bütövlüyünün qorunması yolunda göstərdiyi mübarizə əzmi rəsmlərdə əksini tapıb.

2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusunun işğalçı qüvvələri məhv etməsi, torpaqlarımızın azad edilməsi Xocalı faciəsi qurbanlarının da qisasının döyüş meydanında alındığını göstərdi.

Virtual ekspozisiyada Nazim Məmmədov, Bayram Qasımxanlı, Fuad Qafarov, Cəmil Quliyev, Mirzəağa Qafarov, Nazim Rəhmanov kimi müəlliflərin Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına daxil olan əsərləri, eyni zamanda “Xocalı – şəhid şəhər” adlı müsabiqənin yekun sərgisinin iştirakçılarının bəzi işləri yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...