Bakı Uşaq və Gənclər Teatrı “Sözün nizamı” adlı V festivalını keçirir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı "Bir teatr, bir festival" layihəsi çərçivəsində "Sözün nizamı" adlı V festivalını keçirir.

İdarədən SİA-ya bildirilib ki, festival görkəmli şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub.

Festivalda Bakı Uşaq və Gənclər Teatrının aktyorları Nizami poeziyasından nümunələrlə çıxış edəcək. Aktyorlar tərəfindən təqdim olunan materiallar martın 3-nə qədər video şəklində çəkilib, Bakı Uşaq və Gənclər Teatrının “YouTube” kanalında yerləşdiriləcək.

Bədii qiraət festivalı nəticələrinin onlayn səsverməyə uyğun dəyərləndirilməsi planlaşdırılır.

Festivala Milli Teatr Günündə yekun vurulması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə