“Nizami Gəncəvinin əsərləri təsviri sənətdə” adlı elmi konfransa tezis qəbulu davam edir

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Nizami Gəncəvinin əsərləri təsviri sənətdə” adlı respublika elmi konfransa tezislərin qəbulu davam edir. Dövlət Rəsm Qalereyasından SİA-ya bildirilib ki, konfrans mədəniyyətimizin müxtəlif sahələri üzrə mütəxəssislərin, tədqiqatçıların, eləcə də yeni mövzuların və tədqiqatların aşkara çıxarılması məqsədilə təşkil olunacaq.

Azərbaycan Dövlət Rəsm Qalereyası sənətşünasları, tədqiqatçıları və tələbələri məqalələri ilə “Nizami Gəncəvinin ədəbi yaradıcılığı təsviri sənətdə” elmi konfransda iştirak etməyə dəvət edir.

Konfransda iştirak etmək istəyənlər tezislərini mayın 31-dək resmqalereya@gmail.com elektron ünvanına göndərə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə